manset Siyasət

Azərbaycan Prezidenti Albaniyanın dövlət başçısına başsağlığı verib

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.

XəbərAl.az-ın  xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir