Cəmiyyət manset

Cəlilabadda aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib – FOTOLAR

Sharing is caring!

Cəlilabad rayonunda aztəminatlı ailələrin uşaqlarının sünnət olunmaları üçün xeyriyyə aksiyası təşkil olunub.

XəbərAl.az  xəbər verir ki, xeyriyyə aksiyası İctimai Əsaslı Reabilitasiya Mərkəzinin rəhbəri Xatirə İbayevanın təşkilatçılığı və iş adamları Nadir və Polad Cəfərovların maddi dəstəyi ilə həyata keçirilib.

Aksiya çərçivəsində aztəminatlı ailələrdən olan 29 uşağın iştirakı ilə şənlik təşkil edilib.

Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mübariz Quliyev, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Nəbiyev, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Mahmud Əsgərov, Qarabağ qazisi Maşallah Əhmədov, yazıçı Meyxoş Abdulla, tanınmış cərrah-həkim Qorxmaz Dadaşov, rayonun tanınmış xeyriyyəçiləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın tanınmış müğənniləri – Yusif Mustafayev və Cavad Rəcəbov müxtəlif mahnılar ifa ediblər. Şənlikdə uşaqların əylənməsi üçün şərait yaradılıb və onlara müxtəlif hədiyyələr verilib.

Tədbirdən sonra Cəlilabad Rayon Mərkəzi xəstəxanasında uşaqlara ambulator baxış keçirilib və onlar sünnət olunmaları üçün əməliyyata götürülüb. Peşəkar həkim-cərrah tərəfindən aparılan əməliyyatlar sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla baş tutub.

Xeyriyyə aksiyası uğurla başa çatıb.

Cəlilabadda aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir