XəbərAl.az xəbər verir ki,Bakı Mühəndəslik Universitetində fəaliyyət göstərən “Wonder Women Club”ın təşkilatçılığı ilə “İstək olan yerdə nailiyyət qaçınılmazdır” adlı seminar keçirilib. Görüşdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova çıxış edərək, öz həyat təcrübəsi və uğurlu iş qadını olmağın sirrlərindən bəhs edib.Natiq bildirib ki, uğur əldə etmək üçün zəhmət çəkmək lazımdır və ən əsası səbirli, təmkinli olmaq olduqca vacibdir. Gənclərin suallarını cavablandıran T.Məmmədova onlara uğurlar arzulayıb.
Oxşar Xəbərlər
Bakıda restoran yanır
Bakıda restoran yanır. APA xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən “Mali” restoranında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb edilib. Xeberal.az
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası dəyişib, bəzi sənədlər ərizəçidən tələb edilməyəcək
Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişiklik “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun icrasının təmini məqsədilə edilib. Dəyişikliyə əsasən, sözügedən qaydaların “Qeyd” hissəsi aşağıdakı […]
Azərbacanda meteoroloji məlumatların emal ediləcəyi Situasiya Mərkəzi yaradılıb
Dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni dopler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb. Oxu.Az xəbər verir ki, mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən radar, yeni avtomat meteoroloji, avtomat hidroloji və […]