Kriminal manset

Kişi 15 yaşlı qıza təcavüz etdi – Qusarda şok olay

Sharing is caring!

Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Azər Əlisultanovun barəsində cinayət işi başlanıb.

XəbərAl.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Azər Əlisultanov rayon sakini, 15 yaşlı Samirə Səlimovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Belə ki, o, qızla evlənəcəyini vəd edib və onunla cinsi əlaqədə olub.

Azər Sultanovun barəsində toplanan cinayət işi baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Hakim Adil Vəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesin qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı noyabrın 11-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir