Türkiyənin “Zeytun budağı” əməliyyatı ilə terrordan təmizlədiyi Suriyanın Afrin şəhərində terakt baş verib.
XəbərAl.az xəbər verir ki, partlayıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Terakt bazar yaxınlığında törədilib. Partlayışdan sonra yanğın olub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.