manset Siyasət

Azərbaycan və Şri-Lanka XİN başçıları görüşdü – Foto

Sharing is caring!

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII zirvə görüşü çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər naziri Tilak Marapana ilə görüşüb.

XİN-dən XəbərAl.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycanla Şri-Lanka arasında həm siyasi, həm də ticari-iqtisadi sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu mənada iki ölkə arasında mülki aviasiya sahəsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edilib.

Tərəflər XİN-lərarası məsləhətləşmələr mexanizmindən faydalanması, habelə hökumətlərarası komissiyalar çərçivəsində səylərin əlaqələndirilməsini ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə biləcəyini bildiriblər.

BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda həmrəyliyin göstərilməsinin vacibliyi qeyd edilib. Bu mənada E.Məmmədyarov Azərbaycanın QH-də sədrliyi dövründə təşkilatın müasir təhdidlərə cavab verilməsi, BMT və digər təşkilatlarla təmasların möhkəmləndirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirib.

Şri-Lanka XİN-in başçısı T.Marapana Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir