manset Region

Kürdlər Türkiyə sərhədindən çəkildi – Yeni gəlişmə

Sharing is caring!

Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı Türkiyə sərhədində yerləşən Rəsulayn bölgəsindən geri çəkildiyini açıqlayıb.

XəbərAl.az  xəbər verir ki, bu barədə SDQ-nin sözçüsü Kino Qabriel açıqlama verib.

O, artıq Rəsulayn şəhərində silahlı birləşmələrinin qalmadığını bildirib.

Məlumata görə, PYD terror təşkilatının hərbi qanadı YPG döyüşçüləri də yük avtomobilləri ilə Rəsulayndan ayrılıb. Mülki vətəndaşlardan da bəzilərinin bölgəni tərk etdiyi vurğulanıb.

Azad Suriya Ordusunun (ASO) sözçüsü Yusif Həmud isə SDQ-nin tamamilə Rəsulayndan çıxdığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir