manset Ölkə

FHN-i Goranboyda icra başçısının “Yanacaq doldurma məntəqəsinin” tikintisini durdurdu – Merin şəriki də var

XəbərAl.az xəbər verir ki, Goranboyda icra başçısı Məhərrəm Quliyevə məxsus olduğu deyilən “Yanacaqdoldurma məntəqəsi”-nin  tikintisi Fövqaladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən dayandırılıb.

Demokratik.Az-ın bu barədə əldə etdiyi məlumata görə, tikili Bakı-Qazax magistral yolunun 312-ci km-liyində, Goranboy (Goran mebel satış mərkəzləri ilə üzbəüz – red) ərazisindən keçən hissəsində yol kənarında yerləşir. Tikilib tamamlanmaqda olan yanacaqdoldurma məntəqəsinin tikinti işlərinə əvvəlindən indiyədək rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubovun rəhbərlik etdiyi bildirilir. Aldığımız məlumata görə, məmur mütamadi olaraq tikiliyə baş çəkib, usta-fəhlələrə zəruri göstərişlər verib, bütün maddi tələbləri də o özü qarşılayıb. Yerli sakinlərin dediyinə görə adıçəkilən məmur rayonun yeni icra başçısı ilə bu “Yanacaqdoldurma məntəqəsi”-nə şərikdir. Bunu xəbəri iddia edənlər hər iki dövlət məmurunun məqsədli şəkildə qanunla dövlət qulluqçularına qadağan olunan biznes fəaliyyətinə girişmək istəklərini qınayıb bu petrol tikintisinə küllü miqdarda vəsaiti hansı halal yolla əldə etmələrini də sual edirlər. Digər məlumata görə isə, tikili birbaşa Fövqəlnazir Kəmaləddin Heydərovun xüsusi tapşırığı ilə dayandırılıb. Hazırda FHN rəsmiləri obyektin hansı qanunverici əsaslarla inşa edildiyini araşdırır. Demokratik.Az-ın əməkdaşı Rauf Teyyubovun özündən məsələyə münasibət öyrənib. Obyektin ona və icra başçısına məxsus olub-olmadığını sual edib. Qarşı tərəf deyilənlərin yalan olduğunu, yanacaqdoldurma məntəqəsi tikdirmədiyini, deyilənlərdən tam xəbərsiz olduğunu bildirərək telefonu qapadıb. Goranboy İHB-dən məsələyə münasibət öyrənmək cəhdlərimiz isə puça çıxıb… İddialarla Rauf Teyyubovuhn açıqlaması ziddiyət təşkil edir, tezliklə yanacaqdoldurma məntəqəsinin kimə sahib olduğunu dəqiqləşdirib açıqlamağa çalışacağıq.(Demokratik.Az)