manset Mədəniyyət

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək – VİDEO

Sharing is caring!

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil ediləcək.

XəbərAl.az xəbər verir ki, 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı çıxış edəcək.

Eləcə də konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.

19:00-da başlayacaq konsertə giriş sərbəstdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir