XəbərAl.az-ın məlumatına görə, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinə start verilib. Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihədən Bakı şəhərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 – dən çox şagird faydalanacaq. Layihə iki hissədən ibarət olacaq. 1-ci hissə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gənclərin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstəriləcək. Layihənin 2-ci hissəsində ümumillikdə 150 nəfərdən çox gəncə layihə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar veriləcəkdir. Seanslar bitdikdən sonra həmin müəssisələrdən məzun olmuş gənclər Şamaxı rayonunda 3 günlük düşərgədə iştirak edəcəklər.
Oxşar Xəbərlər
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Pakistana gedir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Nümayəndə heyətinin tərkibinə deputatlar Qənirə Paşayeva, Tahir Mirkişili, Məlahət İbrahimqızı, Tahir Kərimli, İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər […]
Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
Hacıqabul sakini özünə tüfəngdən atəş açıb. APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun İkinci Udullu kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Abbasov Mərhəmət Mübariz oğlu ozünü ov tüfəngi ilə güllələyib. Şirvan Şəhər Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Ronaldu – Messi duelində 9 qol vuruldu, PSJ qələbə qazandı – VİDEO
Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə PSJ arasında çoxdan gözlənilən matç baş tutub. Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən oyunda Fransa klubunun heyətində argentinalı Lionel Messi (PSJ), qarşı tərəfdən isə dekabrın 31-də “Əl-Nəsr”ə qoşulan portuqaliyalı Kriştianu Ronaldu iştirak ediblər. Oyunda ilk qolun müəllifi 3-cü dəqiqədə Messi olub (0-1). 34-cü dəqiqədə […]