Cəmiyyət manset

Layihə çərçivəsində şəhid ailələrinə və əlilliyi olan şəxslərə Şamaxı turu təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən maraqlı layihələrdən biri ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyinin ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsidir. İctimai birlik layihə çərçivəsində həssas qrupları İsmayıllı rayonunun tarixi yerlərinə səyahətdən sonra Şamaxı rayonuna tur təşkil edib.

XəbərAl.az xəbər verir ki,bu barədə Sosialxəbər.az-a Birliyin sədri,layihə rəhbəri Şəbnəm Dadaşova məlumat verib. Onun sözlərinə görə, həssas qruplar Şamaxıda Pirqulu və Dəmirçilər kəndində olublar. Həssas qruplara səyahətdə iki dəfə çay süfrəsi verilib və bir dəfə isti yeməklə təmin olunublar. Layihə KİV nümayəndələrinin iştrakı ilə həyata keçirilib.