manset Müsahibə

Xeyriyyəçi,vətənpərvər,Yazıçı Publisist Elmira Məmmədli ilə VİDEO-MÜSAHİBƏ

Yazıçı Publisistik Elmira Məmmədlinin XəbərAl.az saytına müsahibəsini sizlərə təqdim edirik:

Ömrünü mətbuata həsr etmiş Elmira Məmmədli publisistik yazıları ilə, həmişə maraqla qarşılanıb. Qələmə aldığı mövzuya, toxunduğu problemə vətəndaşlıq mövqeyindən yanaşır, yazılarında milli ləyaqəti, mənəvi paklığı, nəcib insani keyfiyyətləri təbliğ edir, satqınlığı, mənəvi simasızlığı cəsarətlə tənqid atəşinə tutub. Ən böyük amalı, həyat həqiqətləri oxuculara olduğu kimi çatdırmaqdı.

Yazıçı publisist  Elmira Məmmədli bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun yazılarının,romanlarının hər biri böyük təcrübənin bəhrəsidir.

Elmira Məmmədli yaradıcılığı ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirilir,çünki o, xeyriyyəçı kimi,çoxlarının qolundan tutub, mənəvi dəstək olub.

Qeyd edək ki,Publisistika termini 19-cu əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat mənasında işlənmişdir. Hal-hazırda jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan uğur mümkün deyil.

Ətraflı videosujetdə baxa bilərsiniz:

XəbərAl.az