manset Siyasət

Nəsimi rayon İcra Hakimiyyətində “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilib.

XəbərAl.az xəbər verir ki,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Nəsimi rayon İcra Hakimiyyəti yerli icra hakimiyyətində yaradılmış Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Bir çox dövlət proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapmışdır ki, bu da Cənab Prezidentin bu problemə necə həssaslıqla yanaşdığını göstərir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Cəmiyyət bilməlidir ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Ailədə, cəmiyyətdə və dövlətlərarası sülhün yaradılması bir-biri ilə əlaqəli proseslərdir.

Mövzu ilə bağlı dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Ceyran Rəhmətullayeva, Taliyə İbrahimova və Nəsimi rayon Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi, həmçinin məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektliyi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.