manset Sosial

Daha 191 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Sharing is caring!

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 619 şəhidin 17 302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 95 faiz icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir