manset Siyasət

Zakir Həsənov hərbi qulluqçuların siyahıya alınması üçün tapşırıq verib

Sharing is caring!

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir