manset Region

Ərdoğan ABŞ-a açıq-açıq söylədi: “Türkiyə artıq başladı”

“Heç bir fəaliyyətimiz işğal və istismar məqsədli deyil”.

XəbərAl.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 27-ci sessiyasının Ümumi İclasının 3-cü qanuni ilinin açılışında çıxış edərkən deyib.

Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgəsinin yaradılması ilə bağlı ABŞ-a verilən zaman müddətinin olduğunu bildirən prezident qeyd edib ki, bundan sonra ölkəsi bu yolda təkbaşına addım atacaq:

“Suriyaya kürəyimizi çevirməyəcəyik. Asiya coğrafiyasının heç bir köşəsinə biganə qalmayacağıq. Sərhədlərimiz xaricindəki heç bir fəaliyyətimiz işğal və istismar məqsədli deyil. Aralıq dənizi, Egey və Qara dənizin qarşısındakı hər proses bizi birbaşa maraqlandırır. Əvəzi nə olur-olsun, heç zaman duruşumuzdan vaz keçməyəcəyik. Biriləri terro və qaçqın yükünü üzərimizə yükləyərək Türkiyəni diz çökdürməyə çalışır. Türkiyənin itirəcək bir günü də yoxdur. Öz yolumuzda davam etməkdən başqa çarəmiz yoxdur. 30 km-lik təhlükəsiz bölgədə 2 milyon insanı yerləşdirməyi planlaşdırırıq. Suriyada qurulacaq kənd və mahallarla bağlı tədbirləri gördük, yerləri müəyyən etdik, maliyyəsini hesabladıq. Bölgəni terrordan təmizləyən kimi beynəlxalq toplumdan alacağımız dəstəklə başlayacağıq. Türkiyə artıq başlamış sayılır”.

Qeyd edək ki, ABŞ Türkiyənin Suriyada təkbaşına təhlükəsiz bölgə qurmasına qarşı çıxmış və birlikdə hərəkət etməyi təklif etmişdi.