Cəmiyyət manset

HƏKİM DOĞULUB, İNSAN QALA BİLƏNLƏR-VİDEO

Sharing is caring!

Ola bilər biz sahib olacağımız peşəni yaşadıqca, böyüdükcə seçirik, dəqiqləşdiririk. Amma mənə elə gəlir ki, bu belə deyil. Biz hələ dünyaya göz açmamış bizim hansı peşə sahibi olacağımız bəlli olur. Sadəcə zamanla biz bunu dərk edirik. Bu gün sizlərə haqqında danışacağım ihsanda məhz belə olanlardan, yəni dünyaya gəlmədən peşəsi bəlli olan insanlardanıdr.

 

Ola bilər biz sahib olacağımız peşəni yaşadıqca, böyüdükcə seçirik, dəqiqləşdiririk. Amma mənə elə gəlir ki, bu belə deyil. Biz hələ dünyaya göz açmamış bizim hansı peşə sahibi olacağımız bəlli olur. Sadəcə zamanla biz bunu dərk edirik. Bu gün sizlərə haqqında danışacağım ihsanda məhz belə olanlardan, yəni dünyaya gəlmədən peşəsi bəlli olan insanlardanıdr. Tanıyırıq onu. Ya gülüşündən tanıyırıq, ya davranışından, ya insani keyfiyyətlərindən, amma ən əsası həkim kimi tanıyırıq biz onu, Nevroloq həkim kimi. Bəli bəlkə də ölkənin ən pozitiv həkimlərindən biri, hətta birincisi olan həkim Hüseyn Sultanovdan, onun gördüyü işlərdən, möcüzələrdən yazacam sizə. Ancaq bu barədə çox yazmaq da olmur, çünki bəzən görmək lazımdır, yaşamaq lazımdır həkimin gördüyü işləri, şahidi olmaq lazımdır. Dr.Hüseyn Sultanov çox ailələrə sevinc bəxş edib, çox ailələrə dəstək olub, çox arzuları “cücərdib”. Min arzu ilə dünyaya uşaq gətirən anaların ən böyük arzusu olur övladını sağlam və xoşbəxt görmək. Amma bu həmişə belə olmaya bilir, uşaqlar sağlam doğulmur və ya sağlam doğulsada hər hansısa problem, xəstəlik qazanmış olur. “Serebral iflic” adlı bir bəla dünyanın hər yerində olduğu kimi ölkəmizdə də geniş şəkildə yayılmışdır. Yeriməyə həsrət qalan uşaqlar… Bu barədə saatlarla deyil, günlərlə danışmaq, yazmaq olar. Mən məsələdən uzaqlaşmadan Nevroloq Dr. Hüseyn Sultanovun 26 il, bəli məhz 26 il sonra yeridə bildiyi bir pasinetdən yazmaq və bu barədə sizləri də məlumatlandırmaq istəyirəm. Seymur (həkimin pasineti) doğulduğu gündən körpə uşaq kimi qucaqda gəzib. Yerimə məhdudiyyətli gənc cəmi 3 ay öncə sosial şəbəkə olan İNSTAGRAM-da həkimin səhifəsinə rast gəlir. Və atasını israrla həkimə gəlməyə sövq edə bilir. Həkimin yanında olan əlacsız ata yanaqlarına axan soyuq yaşları saxlaya bilmirdi… 26 ildir hər gecə onunla yatan, onu qucağında gəzdirən ata ümidini itirmişdi artıq. Dr. Hüseyn Sultanov ona söz verdi, ağlama ata dedi, sənin oğlun yeriyəcək dedi. Ata 26 ildir bu sözü gözləyir, amma kimsə ona belə ümidlə, belə əminliklə bu sözü demirdi, belə vəd vermirdi, belə sevinc gətirəcək xəbər söyləmirdi… Həkimin hər zaman olduğu kimi xoş təbəssümü, səmimiyyəti atada daha da ümid yaratdı, daha da inam hissini gücləndirdi… Bəli bu gün nəhayət ki, 26 illik həsrətə son qoyuldu. Seymur 3 ay sonra əsa ilə yeriməyə başladı, hələki əsa ilə… O sanki 1 yaş, 6 aylıqdır. Ona görə addımlarını daha möhkəm basa bilmir yerə. Amma bu olacaq. Tezliklə olacaq. 3 aya əsayla yeriyən Seymur, daha 3 ay sonra əsasız yeriyə bilməzmi? Əlbəttə bilər! Yetərki hələ dünyaya gəlməmiş həkim olacağı bəlli olan, yəni canından, qanından həkimlik “tökülən”, peşəsini dəli kimi sevən, insanların sevinci üçün öz sevincindən keçə bilən həkimə rast gəlsin.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir