manset Sosial

“Qızımın arxasındayam…” – Zümrüd Yağmur

Sharing is caring!

Xəbər verdiyimiz kimi, bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atası barədə sensasiyalı bəyanatla çıxış edib. Sözügedən bəyanatdan sonra F. Qəhrəmanlı feysbukda status yazaraq qızının profilinin oğurlandığını vurğulayıb.

“Qafqazinfo”nun əməkdaşı məlumatı dəqiqləşdirmək üçün F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla əlaqə saxlayıb. Z.Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:

“Əvvəllər zəng edib mənim nə yeyib içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir