manset Siyasət

Sabiq deputat YAP-dan qovuldu

Sharing is caring!

Nazim Məmmədov YAP sıralarından uzaqlaşdırılıb və onun partiya ilə heç bir əlaqəsi yoxdur.

XəbərAl.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti SİA-nın sorğusuna cavab olaraq deyib. Mətbuat xidmətindən qeyd edilib ki, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılıb.

“Artıq Nazim Məmmədovun partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir”, – məlumatda bildirilib.

Qeyd edək ki, son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə və bəzi KİV-lərdə etdiyi çıxışları onun “siyasi mövqeyini” dəyişdiyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir