Mədəniyyət

Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyeva: “22 ildir həkimlər…” – AÇIQLAMA

Sharing is caring!

Uzun müddətdir onurğasında problem olan Xalq artisti Könül Xasıyeva səhhətindən danışıb.

Oxu.Az-a açıqlama verən muğam ifaçısı səhhəti ilə bağlı 22 ildir həkimlərlə ünsiyyətdə olduğunu qeyd edib:

“Artıq 22 ildir ki, həkimlər mənim qayğıma qalırlar. Elə həkimim olub ki, özü qızdırmanın içində olsa da,  nə vaxt zəng etmişəm gəlib. İndi şükür ki, özümü yaxşı hiss edirəm. Tədbirlərə, efirlərə qatılıram. Ara-sıra dost tanışın, uzun illərdir ailəvi ünsiyyətimiz olan insanların məclislərində gedib, təbrik edib gəlirəm”.

Getdiyi yerlərə oğlu Kazım ilə birlikdə qatılan K.Xasıyeva oğlunun musiqi sahəsi ilə məşğul olmaq istədiyini vurğulayıb:

“Bu il oğlum artıq səkkizinci sinfi bitirib doqquza keçdi. Hazırda nağarada ifa edir, həvəsi onadır. Allah bütün balaları qorusun”.

Dilşad Bəhruzqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir