Mədəniyyət

Göyçaydakı “Yeraltı hamam” bərpa olunacaq

Sharing is caring!

Hazırda Dövlət Xidməti tərəfindən Göyçay rayonunda yerləşən “Yeraltı hamam”ın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamam bərpa olunması üçün investisiya planına salınıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Həmin hamam uzun illər sakinlərinin istifadəsində olub.

Sektor müdiri ölkə ərazisində bu tip bərpaya ehtiyacı olan abidələrin çoxluğuna diqqət çəkib:

“Eyni zamanda, qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır”.

Qeyd edək ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam”ın hazırkı vəziyyəti ilə əlaqədar sosial şəbəkələrdə müzakirələr gedirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir