Mədəniyyət

Azərbaycan muğamının remeyki dünyanın ən məşhur kurortunu coşdurdu – VİDEO

Sharing is caring!

İspaniyanın kurort məkanlarından olan İbizada klublardan birində Azərbaycan musiqisi səslənib.

Oxu.Az-a göndərilən kadrlarda insanların “Bayatı-Şiraz” muğamının remeyki sədaları altında rəqs etdikləri görünür. 

“Bayatı-Şiraz” Azərbaycan musiqisində yeddi əsas muğam dəstgahlarından biridir.

Məşhur tarzən Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu, əvvəllər isə “Bayatı-İsfahan” dəstgahı kimi tanındığını söyləyir.

Qeyd edək ki, “Bayatı-Şiraz”ın bir çox remeykləri mövcuddur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir