Mədəniyyət

Şuşada keçiriləcək konfrans üçün müsabiqə elan olunub

Sharing is caring!

Şuşada keçiriləcək elmi-praktik konfrans üçün məruzələr müsabiqəsi elan olunub.

Təşkilat Komitəsindən Oxu.Az-a verilən məlumata görə, konfrans bu ilin sentyabr ayının 18-19-da baş tutacaq.

“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulslar” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfrans üzrə məruzələr aşağıdakı istiqamətlər üzrə dinləniləcək:

– Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;

– Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.

Təqdim olunmuş məruzələrin arasından Təşkilat komitəsi tərəfindən seçilmiş iştirakçılar Konfransa ayrıca dəvət alacaqlar.

Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

– “Microsoft Word” (A4) formatında, “Times New Roman” şriftilə (hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,15; kənardan məsafələr: soldan – 3 sm, sağdan – 1 sm, yuxarı və aşağıdan – 2 sm).

– Məruzənin həcmi 15 000-20 000 işarə arasında;

– Məruzənin adı 12 şriftlə, böyük hərflərlə, tünd (bold);

– Müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam açıq şəkildə), 12 şriftlə;

– Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – 11 şriftlə, yeni sətirdə;

– Xülasə – 11 şriftlə, maksimum 1 000 işarə.

Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:

– Problemin qoyuluşu

– Təhlil və qiymətləndirmə

– Nəticə

– Ədəbiyyat siyahısı (əlifba sırası ilə) 11- şriftlə

Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi R.Sabirə ([email protected] ünvanına) göndərilməlidir.

Qeyd edək ki, elmi-praktiki konfrans Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir