Mədəniyyət

Bakıda Birinci Piano Festivalı start götürdü – FOTO/VİDEO

Sharing is caring!

Bakıda Birinci Piano Festivalının açılışı baş tutub. 

Oxu.Az xəbər verir ki, açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Açılışda çıxış edən mədəniyyət naziri Anar Kərimov, Fransanın Azərbaycandakı səfiri Zakari Qross və festivalın direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festivalın keçirilməsinin və bu sahədə uğurlu beynəlxalq əməkdaşlığın vacibliyi qeyd ediblər.

Festival Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Remi Jenye və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında klassik musiqi konserti ilə başlayıb.

Remi Jenye dünyada öz nəslinin ən maraqlı və nadir musiqiçilərindən biridir, Bethoven Beynəlxalq Piano Müsabiqəsinin tarixində ən gənc qalibdir. Bakıda o, ilk dəfə səhnəyə çıxıb və Lüdviq van Bethovenin fortepiano və orkestr üçün “İmperator” adlı 5-ci konsertini tamaşaçılara təqdim edib.

Gecə “Orange Groove”da beynəlxalq Zinnetango kvartetinin konserti ilə davam edib. Çılğın tanqo tamaşaçıları biganə qoymayıb. Gecədə diqqət çəkən məqam Azərbaycan rəqs duetləri İlham Osmanov və Alfiyə Sultanova, Kamran Babayev və Nərgiz Osmanova, Aleksey Anpilov və Lenay Seidalizadənin çıxışları oldu.

Festival mayın 27-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir