Mədəniyyət

Xalq artisti rəqs sənətinin incəliyindən SÖZ AÇDI

Sharing is caring!

“Rəqs sənəti çox gözəl, canlı bir sənətdir, həmçinin, olduqca çətindir”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində rəqs sənətinin incəliyindən söz açarkən deyib.

“Mən çox fəxr hissi duyuram ki, bizim milli rəqslərimiz həmişə yaşayır və inkişaf edir. Bugünkü konsertdə əməyi keçən hər kəsi təbrik edirəm və uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Qeyd edək ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə təşkil edilib.

Tədbir izləyənlər tərəfindən bəyənilərək yüksək qiymətləndirilib.

Dilşad Bəhruzqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir