Mədəniyyət

35 dollara aldığı büst Roma dövrünə aid 2000 illik artefakt çıxdı – FOTO/VİDEO

Sharing is caring!

Texaslı Laura Yanqın yerli mağazaların birindən aldığı 35 dollarlıq büstün Roma İmperiyası dövrünə aid 2000 illik artefakt olduğu ortaya çıxıb.

Məlumata görə, Yanq sənət əsərini aldıqdan sonra onun həqiqi dəyəri barədə məlumat öyrənmək üçün Texas Universitetinin sənətşünasları, eləcə də ölkənin müxtəlif yerlərindəki kolleksiyaçılarla və hərrac evləri ilə əlaqə saxlayıb.

Mütəxəssislər bunun Qədim Roma artefaktı olduğunu təsdiqləyiblər. “Sotheby’s” hərrac evinin məsləhətçisi Yorq Deterlinq isə onun eramızdan əvvəl I əsrin sonuna, ya da eramızın I əsrinin əvvəllərinə aid olduğunu müəyyən edib.

“Kişi portreti” adlı büst San Antonio Muzeyində nümayiş etdirilib. Artefakt burada 2023-cü ilin may ayına qədər qalacaq, sonra isə Almaniyaya qaytarılacaq (Laura Yanq təzminat barədə sualı cavablandırmayıb).

Güman edilir ki, büst İspaniyada Qay Yuli Sezarın tərəfdarlarına qarşı mübarizədə pompeylilərə rəhbərlik edən romalı general və siyasətçi Sekst Pompeyi təsvir edir. Onun yeganə məlum portreti Parisdə Luvr muzeyindədir.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir