Mədəniyyət

Yüksəklik də maneə deyil: Qazan xanın köşkünü kim yağmalayıb? – VİDEO

Sharing is caring!

Bir hektardan artıq ərazini tutan və 14-cü əsrə aid edilən Qazan xanın köşkü Cəlilabad şəhərindən 25 km aralıda, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir.

Bura tarixi abidə olmaqla yanaşı, rayonun ən hündür ərazisi hesab olunur. Bəzi mənbələrdə isə köşkün tarixinin daha qədim olduğu deyilir. Bəlkə də məhz buna görə qapalı olan köşkə dəfələrlə qanunsuz daxil olmaq cəhdləri edilib.

Abidə sovet hakimiyyəti illərində tam tədqiq olunmasa da, ciddi nəzarət altında saxlanılıb. Hazırda onun qorunmasını həyata keçirən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Cəlilabad rayonu üzrə məsul nümayəndəsi Tərlan Əmənov köşkdə bir neçə dəfə qazıntı işləri aparmağa cəhd edən qrupun müəyyən edildiyini deyir.

Qazan xanın köşkü ellips formasındadır. Tarixi mənbələrdən məlumdur ki, Qazan xanın Muğanda qış və yay iqamətgahları olub. Qalanın üst tərəfi isə kirəcdən istifadə olunmaqla, qırmızı kərpicdən tikilib. Köşkün ərazisində gildən hazırlanmış məişət qabları, dörd ədəd gildən hazırlanmış qoç fiqurları, üzərində quş rəsmləri olan saxsı cam və bəzək əşyaları tapılıb.

Tarixçi Elşad Səfərəli məhz bu tapıntılara əsasən köşkün daha qədim tarixə malik olduğunu bildirir.

Qeyd edək ki, Qazan xanın köşkü hazırda rayonda inventarlaşmış 46 abidədən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir