Mədəniyyət

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı – Fotolar

Sharing is caring!

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

XəbərAl.az xəbər verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun iştirak etdiyi tədbirdə, Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığa dair Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalanıb.

 

Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.

Tarixi ortaq mədəniyyət dəyərlərinə sahib qardaş ölkələr olan Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi mədəni irsin qorunması sahəsində də mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. 

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı -  Fotolar
Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı -  Fotolar
Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı -  Fotolar
Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı -  Fotolar

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir