Mədəniyyət

“Taxt oyunları”nın cizgi serialı çəkilir

Sharing is caring!

“HBO Max” striming platforması “Taxt oyunları” (“Game of Thrones”) serialına əsaslanan cizgi filmi çəkmək qərarına gəlib.

Bu barədə “The Hollywood Reporter” öz mənbələrinə istinadən xəbər verir.

Yeni layihə “Taxt Oyunları” layihəsinin genişləndirilməsi kimi planlaşdırılır və inkişafın ilk mərhələsindədir.

Artıq ssenari müəllifləri ilə danışıqlara başlanılıb.

Bundan əvvəl, HBO “Taxt oyunları” serialının daha bir prikveli üzərində çalışmağa başladığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir