Dahi Azərbaycan şairi Nizami Gəncəvi Şərq poeziyasının görkəmli nümayəndəsi olmaqla yanaşı, Qərbdə də çox populyardır. Onun “Xəmsə”si dünyanın bir çox dillərinə tərcümə olunub. Nizami Gəncəvinin heykəl və büstləri vətəni Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qoyulub.
XəbərAl.az dahi şairin xarici ölkələrdəki heykəllərini təqdim edir.
Roma, İtaliya
Nizami Gəncəvinin heykəli 2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərindəki Villa Borgeze bağında qoyulub.
Daşkənd, Özbəkistan
2004-cü il martın 23-də Özbəkistan paytaxtı Daşkənddə Nizami Gəncəvinin heykəlinin açılışı olub. Heykəl Özbəkistan Pedoqoji Universitetinin yaxınlığında yerləşir.
Sankt-Peterburq, Rusiya
Nizami Gəncəvinin heykəlinin təntənəli açılış mərasimi 2002-ci ildə Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda baş tutub. 5 metrlik bürünc heykəl şəhərin Kamennoostrosvki küçəsi 2527 küçəsində qoyulub.
Kişinyov, Moldova
Dahi şairin daha bir heykəli Moldovada yerləşir. 2005-ci ildə bu ölkənin paytaxtı Kişinyovda Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı olub. 2012-ci ildə isə heykəl və yaxınlıqdakı ərazilər yenidən tam təmir edilib.
Pekin, Çin
Nizami Gəncəvinin Çində də heykəli var. 2012-ci il dekbarın 6-da paytaxt Pekinin Çayanq parkında şairin heykəlinin açılış mərasimi baş tutub.
Moskva, Rusiya
Dahi şairin daha bir heykəli Rusiya paytaxtı Moskvada yerləşir. Azərbaycan səfirliyi yaxınlığında yerləşən heykəl 1991-ci ildə açılıb.
Çeboksarı, Rusiya
Dahi şairin bu ölkədə daha bir heykəli var. Heykəl Çuvaşiya respublikasının mərkəzi Çeboksarı şəhərində açılıb. Heykəl 2004-cü il fevralın 24-də açılıb.