Mədəniyyət

Xalça muzeyinin direktoru klassik Qarabağ xalçasından yazdı – FOTO

Sharing is caring!

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sosial media hesabında maarifləndirici paylaşım edib.

Onun paylaşımı “Muğan” xalçası ilə bağlıdır. Xalçanın eskizini paylaşan Ş.Məlikova yazıb:

“Bu gün sizə məşhur xalçaçı alim Lətif Kərimovun müəllifi olduğu klassik Qarabağ kompozisiyası olan “Muğan” xalçasının eskizini təqdim edirik. Bu xalçanın adı Kür və Araz çayları arasındakı Muğan düzünün adı ilə bağlıdır. “Muğan” xalçalarının dekoru “köhnə naxış” adlanan 12 qarmaqlı elementdən ibarətdir ki, bu da 12 ilə işarədir. Qədim türk xalqlarında təqvim gün və aylarla yanaşı, 12 il ilə də hesablanırdı. Bu eskizdə biz müəllifin klassik “Muğan” xalçasına özünəməxsus tərzdə interpretasiyasını görə bilirik. Eskiz orijinal və bu xalçalara xas olmayan tərzdə – xardalı rəngin üstünlüyü və doldurucu elementlər kimi heyvan təsvirləri ilə yaradılıb”.

Qarabağ qrupuna aid “Muğan” xalçasının eskizi.

Müəllif: Lətif Kərimov. 1967. Kağız, quaş, akvarel. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir