Mədəniyyət

Azərbaycanlı fotoqraf “National Geographic” üçün Beyrutdan material hazırladı – FOTO

Sharing is caring!

Dünyaca məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi, “National Geographic” jurnalının məhv olmuş Beyrut haqqında məqaləsi üçün fotolar işləyib.

R.Əfəndi bu barədə öz “İnstagram” hesabında yazıb:

“Beyrut partlayışının nəticələrini əbədiləşdirmək üçün Livana getdim və insanların inanılmaz dözümünün şahidi oldum”.

Qeyd edək ki, bu ilin 4 avqust tarixində Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, altı mindən çox adam yaralanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir