Mədəniyyət

ABBA qrupundan “Avroviziya”nın qalibinin saxta yolla seçilməsi iddialarına cavab – FOTO

Sharing is caring!


Dünyaca məşhur ABBA musiqi qrupunun üzvləri 2024-cü ildə vətənləri İsveçdə keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsində çıxış etmək niyyətində olmadıqlarını açıqlayıblar.

Belə ki, qrupun üzvləri Byorn Ulvaeus və Benni Andersson qələbələrinin 50-ci ildönümündə müsabiqəyə qatılmaqdan imtina ediblər. Andersonun sözlərinə görə, qrup vokal müsabiqədə nəinki çıxış etməyəcək, hətta görünməyəcək.

“Mən istəmirəm. Mən istəməsəm, başqaları da istəməyəcək. Dördümüz üçün də bu eynidir. Əgər bizdən biri “yox” deyirsə, bu, “yox” deməkdir”, – deyə Anderson bildirib.

Ulvaeus əlavə edib ki, ABBA-nın qələbəsinin 50 illiyini səhnəyə çıxmadan da qeyd etmək olar.

Qeyd edək ki, ABBA 1974-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsində “Waterloo” mahnısı ilə iştirak edib. Bu mahnı onları bütün dünyada məşhur edib.

Yeri gəlmişkən bundan əvvəl “Avroviziya” azarkeşləri Avropa Yayım İttifaqını nəticələri saxtalaşdırmaqda ittiham ediblər. Onların sözlərinə görə bu addım İsveçin ABBA qrupunun 2024-cü ildə qarşıdan gələn qələbəsinin 50 illiyi ilə əlaqədar atılıb. Hesab olunub ki, Lorinin qələbəsi İsveçə əlamətdar tarixdə müsabiqənin təşkilatçısı olmağa şərait yaradıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir