Manşetüstü Mədəniyyət

Agentlik: Ötən il 834 şəxsə müəlliflik hüququ verilib

Sharing is caring!

2019-cu ildə Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurası tərəfindən 135 işə baxılıb (onlardan 110-u 2019-cu ildə daxil olan, 25-i isə əvvəlki dövrdən qalan işlərdir).

Xəbəral.az  xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

52 iş üzrə ərizənin təmin edilməsi, 26 iş üzrə ərizənin qismən təmin edilməsi, 45 iş üzrə, o cümlədən əmtəə nişanına dair 43, ixtiraya dair 1, sənaye nümunəsinə dair 1 ərizənin rədd edilməsi haqqında qərarlar qəbul edilib. 12 ərizə baxılmamış saxlanıb (ərizə geri götürülüb).

Həmçinin bildirilib ki, ötən ildə əsərlərin qeydiyyatı ilə bağlı müəllif hüququna aid 834 və milli əmtəə nişanları üzrə 1 114 qeydiyyata alınması ilə Şəhadətnamələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir