Mədəniyyət

Ədalət Hacıyev: “Sonuncu tamaşası yarımçıq qaldı” – FOTO

Sharing is caring!


“Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti, rejissor İranə Tağızadənin vida mərasimində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev deyib.

Onun sözlərinə görə, mərhum rejissorla 30 ilə yaxın dost münasibətləri olub:

“Belə insanlardan bir də olmayacaq. Çox ağırdır. Var idi, indi isə yoxdur. Hər kəslə münasibəti yaxşı idi. O, tamaşaya gəlməyəndə telefonla əlaqə saxlayırdım. Onun özünəməxsus dəst-xəti var idi. Heyif”.

Ə.Hacıyev qeyd edib ki, onun ölümü qəfil oldu:

“Həyat yoldaşı Firdovsi mənə zəng vuranda inanmağım gəlmədi. Onun teatrda öz yeri var idi.

Sonuncu “Aydın” tamaşası yarımçıq qaldı. Hər kəsə səbir diləyirəm”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir