Mədəniyyət

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – FOTO

Sharing is caring!

Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Oxu.Az xəbər verir ki, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları Rüstəm İbrahimbəyov haqqında xatirələrini və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir