Manşetüstü Mədəniyyət

Görkəmli alim Nəsir Rzayevin əsərləri arxiv sənədləri əsasında yenidən nəşr olunub

Sharing is caring!

Görkəmli alim, sənətşünaslıq doktoru Nəsir Rzayevin anadan olmasının 100 illiyi münasibətilə onun müəllifi olduğu əsərlər arxiv sənədləri əsasında yenidən nəşr olunub.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qayalar danışır” adlı kitab S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, alimin həyat və fəaliyyətini özündə əks etdirən qiymətli sənədlərin cəmləşdiyi 615 nömrəli fondunda mühafizə edilən arxiv materialları əsasında yenidən nəşr edilib. Azərbaycanın qədim dövr incəsənət tarixinin fəal tədqiqatçısı Nəsir Rzayevin anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görən kitab görkəmli alimin “Əsrlərin səsi”, “Qayalar danışır”, “Möcüzəli qərinələr” adlı elmi-kütləvi nəşrlər seriyasından olan monoqrafiyaları əsasında hazırlanıb. Qeyd edək ki, vaxtilə çap olunarkən ixtisarlara məruz qalmış bəzi hissələr yuxarıda adıçəkilən fondun materialları əsasında orijinalda olduğu kimi verilib.

Sözügedən nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin arxeoqrafı Durna Ağayevadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir