Mədəniyyət

Araz Elsəs: “Ən böyük arzum Xudafərindən keçmək və Azərbaycanımızın bütövlüyünü görməkdir”

Sharing is caring!

Bu gün Cənubi Azərbaycanın Sulduz şəhərində doğulan ozan Araz Elsəs Mədəniyyət TV-nin “Səhərçağı” proqramının qonağı olub.

O, Mədəniyyət TV-nin tamaşaçılarına özünəməxsus ifalarını təqdim edib.

İsveçdə yaşayan soydaşımız yenidən Vətənə dönməsindən məmnunluğunu dilə gətirib.

Proqramın aparıcısı Səbinə Öz ilə həmsöhbət olan ozan ən böyük arzusundan da danışıb. Onun ən böyük arzusu Xudafərini ziyarət etməkdir.

44 günlük Vətən savaşından da söz açan Elsəs Xudafərin körpüsündə dalğalanan bayrağımızın Cənubda yaşayan Azərbaycanlılarda çox böyük ruh yüksəkliyi yaratdığını da deyib.

Araz Elsəs “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə açıqlamasında 25 ildən sonra yenidən doğma Azərbaycan Televiziyasında olduğundan çox xoş hislər keçirdiyini deyib, QSC-nin rəhbərliyi və bütün kollektivinə minnətdarlığını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir