Mədəniyyət

Göygöldə yaşayan sonuncu almanın hekayəsi – VİDEO

Sharing is caring!

Alman koloniyalarının izləri günümüzədək qorunub-saxlanılır. Müasir Göygöl şəhərinin salınmasının, əsasən, burada yaşamış almanların adı ilə bağlı olduğu bildirilir.

Göygölün mərkəzi küçələrində qədim alman evlərinin sayı onlarladır. Lakin onlardan biri xüsusilə fərqlənir. Belə ki, Sovet hökumətinin almanlara qarşı sürgün siyasətindən yayınmağı bacaran sonuncu alman Viktor Kleyn 15 il əvvələdək məhz bu evdə yaşayıb.

Məhz Viktor Kleynin evinin almanların irsinin yaşadıldığı muzeyə çevrilməsi bir çox səbəblərlə bağlıdır. Bu mülkdə qədim alman məişətinin, demək olar ki, bütün izlərini görmək mümkündür.
Ailə həyatı qurmayan Viktor Kleyn 2007-ci ildə 72 yaşında vəfat edib. Öz vəsiyyətinə əsasən, Göygöldə yerləşən alman qəbiristanlığında, doğmalarının yanında dəfn olunub.

Qeyd edək ki, Viktor Kleyn ölümündən əvvəl evini Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlayıb, onlar isə tikilini Mədəniyyət Nazirliyinin balansına veriblər. Sonuncu almanın evinin muzeyə çevrilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses başa çatmayıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir