Mədəniyyət

Həsirçilik sənətini yaşadanlar – VİDEO

Sharing is caring!

Həsirçilik − babalarımızdan bizə miras qalan qədim el sənətidir. Cənub bölgəsində – Lənkəran, Masallı, Astara kimi rayonlarda indinin özündə də bu sənəti yaşadanlar var. 

Həsirin toxunub ərsəyə gəlməsi böyük zəhmət tələb edir. Faydalarını isə saymaqla bitməz. Vaxtilə məişətimizdə geniş istifadə etdiyimiz həsir zənbillər, şlyapa və qadın çantaları həm sağlamlıq, həm də vizual baxımdan çox xeyirlidir.  

Astaranın Kakalos kəndində yaşayan sənətkar Rüfət Rzayev həsirçilik sənətinin ən mahir bilicisi və təbliğatçılarındandır. 

Qeyd edək ki, həsirin toxunması üçün qamış, qarşı, lığ, pizə kimi bataqlıq bitkilərindən istifadə edilir.
Əldə olunan xammal ilk olaraq gündə qurudulur. Axşam ona şeh, ləkə dəyməsin deyə yığılır. Sonra onlardan topa iplər düzəldilir. 4 metrlik bir həsirə 100-130 metr ip sərf olunur. Həsir məişətdə əsasən rütubətin qarşısının alınması üçün istifadə edilir. Cənub bölgəsində də rütubətlilik çox olduğundan həsirçiliyə maraq böyük olub.  

Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları cənub regionunda araşdırmalar apararkən e.ə. IV minilliyə aid həsir izləri aşkarlayıblar. 

Həsir dünyada da əlverişli sənət kimi dəyərləndirilir. Belə ki, qədim tarixə malik ölkələrdə əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir