Mədəniyyət

Təhminənin Zauru 67-ni tamamladı – FOTO

Sharing is caring!

Bu gün Xalq artisti Fəxrəddin Manafovun ad günüdür. 

Oxu.Az xəbər verir ki, aktyorun 67 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ilin məhz bu günü Xankəndidə dünyaya gəlib. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

Xalq artisti 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

Fəxrəddin Manafov 45 illik yaradıcılığı boyunca bir çox ekran işində müxtəlif obrazlar canlandırıb.

Onlar arasında “Evləri köndələn yar” (Şamil), “Gecə qatarında qətl” (Rüstəm), “Doğma sahillər”, “Əlvida, cənub şəhəri” (Rza), “İşgüzar səfər” (Ənvər) kimi filmlər var. 

Aktyoru ən çox məşhurlaşdıran və sevdirən isə “Təhminə” filmindəki Zaur obrazı olur. Sözügedən ekran işi 1993-cü ildə çəkilib.

Fəxrəddin Manafova sənətdəki xidmətlərinə görə fəxri adlar verilib. O, 1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 

Aktyor Azərbaycan dövlət televiziyasının diktoru Vahidə Sadıqova ilə evli olub. Vahidə xanım ötən ilin martında 65 yaşında dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir