Mədəniyyət

Bu gündən qabiliyyət imtahanları başlayır

Sharing is caring!

Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayır.

DİM-dən Trend-ə verilən məlumata görə, qabiliyyət imtahanları 1 – 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir