Mədəniyyət

Şairə Arzu Göytürkdən möhtəşəm şeir- “Kişisənsə”

Xəbəral.az saytı xəbər verir ki, daima vətənpərvər şeirləri ilə ürəkləri fəth edən, öz gözəlliyi, xanım-xatınlığı ilə sayılıb seçilən, Şirvan gözəli, şairə Arzu Göytürk bu dəfə kişilərə məsləhət yönümlü, maraqlı şeir həsr edib.

Şairə xanımın saytımıza verdiyi məlumata görə, şeiri kişilər gününə həsr edib.Şeir qısa məzmunlu olsa da, sosial şəbəkələrdə böyük oxucu kütləsinə malik olub, izləyicilər tərəfindən tez-tez paylaşılır.

Şeirin adı “Kişisənsə” adlanır

Sözü gedən şeiri sizlərə təqdim edirik.

“Kişisənsə”

Əlin alqışlasa ədalətsizi ,
O əli dibindən qır kişisənsə.
Zalımın yanında durmağa nə var?
Məzlumun yanında dur kişisənsə.

Yaxşılıq eyləyib tənələr vurma,
Var- dövlət yığmaqla ruhunu yorma.
Özünə göydələn imarət qurma ,
Yetimə bir koma qur kişisənsə.

Sənə kimsə “haqqa sus, lal ol” desə ,
Susma haqdan gələn ilahi səsə.
Çaqqal quzulara hücum eyləsə ,
Çaqqalın ağzını cır kişisənsə.

Görsən ki ,alova köz deyir biri ,
Təmənnalı tərif ,söz deyir biri,
Görsən ki ,əyriyə düz deyir biri,
Yaltaq məclisindən dur kişisənsə !

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir