Mədəniyyət

Bülbülün Şuşadakı ev muzeyi üçün memorial xatirə lövhəsi hazırlandı

Sharing is caring!

Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün memorial xatirə lövhəsi hazırlanıb.

Bunu lövhənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, lövhə sənətçinin Şuşadakı ev muzeyinin qarşısına vurulacaq: “Xatirə lövhəsinin üzərində Bülübülün həmin evdə doğulub, yaşaması barədə məlumatlar əks olunub. Lövhə artıq qəlibdədir. İyunun əvvəlində Şuşada lövhənin açılışı nəzərdə tutulub”.

Bülbülün ev muzeyinin qarşısındakı heykəlini hazırlayan rəssam, heykəltaraş Aslan Rüstəmov isə “Report”a bildirib ki, artıq heykəl qranitin yonulması mərhələsindədir: “Heykəl iyunun 27-də Şuşaya aparılacaq. Biz də gedib orada quraşdırıacağıq”.

Qeyd edək ki, iyulun əvvəlində Şuşada Bülbülün ev muzeyinin açılışı gözlənilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir