Mədəniyyət

“Dostluq” kinoteatrı sökülür? – Fotolar+Yenilənib

Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Dostluq” (Drujba) kinoteatrının söküləcəyi deyilir.

“XəbərAl.az” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 1952-ci ildə tikilən bina “Stalinist” memarlıq dövrünə məxsus abidədir. Memar sözügedən kinoteatrın yerində çoxmərtəbəli binanın tikiləcəyini iddia edib.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Saytımıza bildirildi ki, sözügedən tikili tarixi abidə deyil.

Mövzu haqda Mədəniyyət Nazirliyinə də sorğu göndərdik. “Qafqazinfo”ya açıqlandı ki, “Dostluq” (Drujba) kinoteatrının binası nazirliyin balansında qeydiyyatda deyil.

***

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə söküntü xəbəri haqda ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir