Mədəniyyət

Rusiyanın tanınmış aktyoru vəfat etdi

Sharing is caring!

Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında dünyasını dəyişib.

XəbərAl.az-ın məlumatına görə, bu haqda onun həmkarı E. Vitorqan İnstaqram hesabında xəbər verib.

“Bu gün… Səhər saat 9-da… Saşenka Kuznetsov! Çox sağ ol, bizimlə olduğun üçün. Sən yaşamaq üçün çox mübarizə apardın. Allah rəhmət eləsin”, – deyə Vitorqan qeyd edib.

Məlumat üçün bildirək ki, 70-dən çox filmdə rol alan Aleksandr Kuznetsov tamaşaçıların yaddaşında daha çox “Ciddi rejimli komediya”, “Planetlər paradı” ilə yadda qalıb. O, son dəfə “Falçı” teleserialında rol almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir