Mədəniyyət

“Loqos” elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib.

Sharing is caring!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

 

 

XəbərAl.az xəbər verirki, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib. Müzakirələrdən sonra “Loqos” elmi-publisistik psixoloji jurnalı Şuraya üzv qəbul edilib. Məlumat üçün bildirək ki, hər üç aydan bir nəşr edilən “Loqos” elmi-publisistik psixoloji jurnalının əsas məqsədi psixoloji maarifləndirmə sahəsini işıqlandırmaqdır. Jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, baş redaktoru Rəhilə Gülgündür.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir