Mədəniyyət

Unudaram məhəbbəti, sevgini , Yadigar Təvəgkül (ŞEİR)

Unudaram məhəbbəti, sevgini ,

Gözlərimdən süzülərsən yaş kimi,

Ömür divarımdan sökərəm səni ,

Düşərsən əlimdən yerə daş kimi.

 

Səni həsrətimə qonaq edərəm ,

Ömürlük eşqini sınaq edərəm,

Sevgini başına qınaq edərəm ,

Atəşimlə alışarsan kaş kimi.

 

 

Həsrətinlə barışaram dözərəm ,

Hər günümdə bir xatirə üzərəm,

Şair olub bu dünyanı gəzərəm ,

Keçmişimdə sən qalarsan çaş kimi.

 

 

Həsrətimə həsrət qalar ürəyin ,

Haram olar gecə gündüz çörəyin ,

Mən olaram bir ömürlük gərəyin ,

Süzülərəm gözlərindən yaş kimi .

 

 

Gəl oynama hislərimlə, sevgimlə,

Bir də gördün uçub getdim quş kimi!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir