Mədəniyyət

“BİZ GROUP” Şirkətlər Qrupu yaradıldı!

Sharing is caring!

Şirkətlər qrupu özündə bir çox şirkətləri, prodakşnları, təşkilat, jurnal, qəzet və saytları birləşdirəcək.

 

Belə ki, bir neçə şirkət, prodakşın təşkilat, qəzet, jurnal və sayt bir şirkətlər qrupunda birləşməyə qərar verdi. Həmin şirkətlərə daxil olan layihələr və müsabiqələrdə “BİZ GROUP”a aid olacaq. Qrupun rəhbəri tanınmış təşkilatçı və gənclər sektorunda fəal olan Nicat Həsənzadə təyin olundu. Şirkətlər qrupuna daxil olan qurumlar və layihələr isə aşağıdakılardır.

1. “Turizmə Dəstək Gənclər Koalisiyası”

2. “Turizm Xəbərləri” Qəzeti

3. “A Media Group” Prodakşn

4. “Show Production”

5. “Tonika Group” Prodakşn

6. “Show Magazine” Jurnalı

7. “AK Prodakşn”

8. Showbiz.az Saytı

9. “Miss Mister Of Azerbaijan”

10. “Show Cast” Agency

Şirkətlər Qrupunun rəhbəri Nicat Həsənzadə, bizimlə söhbətində görüləcək işlər haqqında və rəhbərlik etdiyi qurumun strukturu, orada təmsil olunan şəxslərin hansı vəzifələri daşıyacaqları haqqında məlumat verdi. Bildirdi ki, əsas hər kəs bilsin ki, biz bir komandayıq və burada təmsil olunan şəxslərin hər biri ilə uzun illərdir yaxın dostuq münəsibətlərimiz var. Nicat Həsənzadənin verdiyi məlumata deyilir ki : “Bu qurumlara daxil olan və hər il təşkil edilən layihələr bu ilin May ayının 1-indən etibarən “BİZ GROUP” un təşkilatçılığı və nəzarəti ilə həyata keçiriləcək. Həmin şirkətlərin, qurumların və layihələrin rəhbərləri də “BİZ QROUP”da təmsil olunacaq və onlara verdiyimiz işləri həyata keçirəcəklər. Yəni konkret olaraq desək müstəqil fəaliyyət göstərilmiyəcək. Bizdə artıq vəzifə bölgüsü aparılıb və hər kəs də bu təyinatından razıdır. Biz həm də çox yaxın dostlar olduğumuza görə aramızda heç bir anlaşılmazlıqlar olmadı və olmayacaq da. “BİZ GROUP” un İcraçı Direktoru isə Aqil İlqaroğlunu təyin etdik. Aqil İlqaroğlu həmçinin bundan sonra “BİZ GROUP”-a daxil olan Prodakşnlara aid Gözəllik Yarışmalarına (1. “Azərbaycan Gözəli”, 2. “Miss Mister Of Azerbaijan”, 3. “Bakı Gözəli”, 4. “Miss and Mister The Year”, 5. “Miss Beauty Of Azerbaijan” , 6. “Miss and Mister Fashion Azerbaijan” ) , “Fashin Weeklər”-ə və “Show Cast” Agency də nəzarət və rəhbərlik edəcək. Azər Bağırov isə “BİZ GROUP”un meneceri olaraq, şirkətə daxil olan qurumlara aid mükafatlandırma tədbirlərini, sayt və Jurnalın çapına nəzarəti, digər əməkdaşlarımızla birlikdə həyata keçirəcək. Komandamızda İlahə Nizamiqızı da təmsil olunacaq. İlahə xanım “BİZ QROUP”-da ART Direktor olaraq fəaliyyət göstərəcək. Mədəniyyət və İncəsənət nümayəndələri ilə bağlı işlərə rəhbərlik edəcək. Bura konsertlər və tədbirlərimizdə onların dəvəti və s. daxildir. Bizim gənc dostumuz Kərim Şükürzadə də “BİZ GROUP” -da olacaq və fəaliyyətini təşkilatı işlər üzrə məsələlərlə aparacaq. “BİZ GROUP”-a daxil olan Prodakşnlara aid və ilin müxtəlif aylarında təqdim edilən mükafatlandırma ( 1. “Odlar Yurdu” Milli Mükafatı, 2. “Brand Of Azerbaijan”, 3. “İlin Favoriti”, 4. “Selected People Awards” , 5. “The Best Of Star”, 6. “National Selected Awards” , 7. “STAR” Mükafatı və s..) Nicat Həsənzadə onu da vurğuladı ki, bu sadalanan tədbirlər və layihələrlə yanaşı, Mədəniyyət sahəsinə aid olan layihələri, konsertlər, TV Proqramlar, film və serial çəkilişlərini də həyata keçirdəcəklər. Eyni zamanda hər ay bizə aid olan jurnalın ( “Show Magazine” jurnalı) çapı nəzərdə tutulub, sayt (Showbiz.Az) yenidən hazırlanır. Artıq gələn mövsümdən etibarən serial, film və TV proqram layihələrimizi də görə biləcəksiniz. Buna görədə biz ətrafımıza əlavə olaraq peşəkar və işinə məhsuliyyətli yanaşan kollektiv yığacağıq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir