Mədəniyyət

Necəsən? ( Şeir ) ….Yadigar Təvəkgül

Ay könlümün növ baharı ,

Qəfildən qışa dönənim

Bulud təki qəlbə dolub,

Gözümdə yaşa dönənim

Necəsən?

Məhəbbəti söylədən sən,

Darıxmağı öyrədənsən ,

Dönüb nəğməyə ,şeirə,

Ürəyimi göyədənsən.

Necəsən ?

Duyğuları paralayan

Ürəyimi yaralayan

Həsrətini hicranını

Həyatımda sıralayan

Necəsən?

Həsrətiylə alışdıran,

Könlümdə şər qarışdıran,

Taleyimlə barışdıran,

Ay ruhumu danışdıran

Necəsən?

Hərdən sözlər ilişib qalar baxışlarında – deyə bilməzsən… Hərdən qarşındakı insan susar, baxışında fəryad edər… Kəsər bütün ümüdlərini – aciz qalarsan, o susduqca. Küsərsən, inciyərsən, qırılarsan… Yenə dönüb, doğma baxışlarına sığınarsan… Heç səndən xəbəri olmaz, heç yadına belə düşməzsən.

Unudar, həyatından əsib keçdiyini –

külək kimi… Küləklər əsər, coşar, dağıdar, və ən nəhayət, məhv edib, gedər… Geriyə belə baxmaz… Dağıtdığını görməz – sənin kimi…

Sən onu düşündükscə, o uzaqlaşar…

Öz həyatını yaşayar… Yananda sən olarsan, yaman da…

Ətrini duyarsan baxışlarından, gözündən süzülər həsrətin… Çəkinə-çəkinə toxunarsan, rəsminə – duyar, inciyər deyə… Hər toxunuşun ürəyini yandırar… Yenə buz kimi baxışlara sarılarsan… İçindən bir səs gələr, amma “canım” – deyə bilməzsən…

Qürurun parçalayar səni, yenə də susarsan.

O sənə susduqca, sən dunyaya üsyan edərsən…

Xəyallarında olar, dualarında olar, hər günündə, hər anında olar…Yox, hər anın olar… Bəlkə də sənə gülər, acınla əylənər, hisslərinlə oynayar baxışları. Yenə də küsə bilməzsən. Yağış kimi yağar, ruhuna hopar… Çəkər gedər, sənə tək bir rəsmi qalar… Həyatının mənası olan tək bir rəsmi!.. Və o rəsmdən soruşarsan: – “Necəsən?!..”

*********

Heç olubmu ki, əlinin yetmədiyi, yaxınında – eyni yolun o biri tərəfi qədər yaxın məsafədə olar, ya da bir addımlığında… Dönüb baxmazsan, çevrilmədən keçərsən. Kimsə qulağına pıçıldayar qəflətən, “Buradadır!” – deyər. Əlini ürəyinin üstünə qoymaqdan başqa çarən olmaz…

Bə’zən səndən əvvəl ətrin çatar, qoxun çatar. Pərvanə olarsan o qoxunun ətrafında… Bilirsənmi, boynuna sarılmaq istədiyin kəsin baxışına sarılmaq ağrısını?!.. Ya da soyuq bir şəkildən boylanan gözlərə baxmağın çarəsizliyini…

Çarəsizliyi də sən öyrətdin ey mənə… Həyat müəllimim oldun… Ey sevgini, həsrəti, hicranı, çarəsizliyi öyrədənim!.. Son qoy bu çarəsizliyə!..

Axı çarəsizlik – ruhun cismindən qopmasıdır… Axı çarəsizlik – sənin susmağın, mənimsə susmağı bacarmadığım kimidir… Bədənimin hər yerində fərqli ağrılar var… Sən bilirsənmi, çarəsizliyin nə olduğunu?!.. Ölüb, məzarda oyanmaqdı – Çarəsizlik!.. .Üstünə tökülmüş torpağı yalın əlinlə parçalamaqdı – Çarəsizlik!.. Ölmüş ruhumu oyatdığın, yenidən parçaladığın kimidir, tam olaraq… Səni görmək səsini duymaq ümüdü ilə yaşamaqdı – Çarəsizlik!.. Ala bilməyəcəyim cavabdır ey – Çarəsizlik… Almadığın “Salam” kimidir, Çarəsizlik… Ey salamımı almayanım – “Necəsən?!..”

Bə’zən duyğularımın qonağı olursan, bə’zən də xatirələr qonaq gəlir, sevgi kimi.

Sevgi nədir, necə olur?!..

Sevgi alovdur – yandırar, yaxar, odlayar…

Sevgi – əlində daşıya biləcəyin bir oddur… Toxunsan, ürəyini yandıracaq bir od.

Toxunmağa belə qorxarsan. Sənin toxunmağa qorxduğuna biri gəlib ruhunu atar… Amma iradəsi yetməz səninlə birlikdə “Mən” olmağa… Tək yanarsan, bitməz ağrılarını kimsə duymaz… O isə heç dərk etməz, etdiyi günahın ağırlığını…

Sevib də dönməkmi var?! Yəqin varmış… Gəlir, sevdirir özünü və gedir…

Sevdinmi, sevmədinmi?!..

Gəldin, yandırdın və getdin…

İndi də susaraq tamaşa edirsən, yanan diləklərimə…

Sevgi özünü oda atmaqdı, sənsə bacarmadın, sevməyi…

Sən özünün bacarmadığını öyrətdin… Bağlanmağı, yanmağı öyrətdin…Təkcə susmağı öyrədə bilmədin…

Qəribədir əvvəl səni sevdim, həsrətinə qarışdım, sonra isə həsrətini də sevdim, xəyalına bağlandım… İndi isə susmağını da sevirəm, sənin məni sevmədiyin qədər…

Səni – ömür boyu sevməyəcəyin qədər, sevgidən qorxduğun qədər sevirəm…Səni susduğun qədər sevirəm və yenə də xəbər alıram: – “Necəsən?!..”

**********

Xəyalın yenə qonağımdır, yenə gecəmin günəşi doğub…

Heç günəşi adi gözlə seyr etdinmi? Bir qədər baxarsan, gözlərin qamaşar. Bax, sən həmin günəşsən, dünyamın günəşi. O günəş ki, yandırır könlümü eşqi, atəşi ilə…

Bilirəm, çox sevdiyindən gizlədirsən gözlərini. İncitməyə qıymırsan… Göz yaşlarıma dözmürsən, eləmi?!.. Ona görə də gizlədirsən, gözlərini… Amma o baxışlara o qədər ehtiyacım var ki… Bilirsən axı bunu…

Sənin əllərin heç darıxdımı?!.. Darıxdımı, saçlarının bəyazı?!.. Əllərini saçlarına çəkib, ovcunu qoxladınmı?!..

Yoxladınmı, heç baxışların qoxusunu?!..

Bir dəfə də olsun, hiss etdinmi boynuna sarılan sevginin yuxusunu?!.. Bilmədin!.. Bilsəydin, susmazdın…

Susmaqla nə öyrədəcəksən ki?!.. Uzaq olmağımı?!..

Yox, əzizim, sən susduqca daha dəyərli olursan… Sən susduqca, daha çox sevilirsən… Sən susduqca, nəfəsinin ətri toxunur ruhuma… Sən susduğun qədər ölürəm ey, ölürəm!..

Sevgi – sevdiyinin və sevginin uğrunda yanmaqdır! Susaraq yandırma!

Sənə nəfəs qədər ehtiyacım var…

Nəfəsimi ömürlük kəsən adam!

Şəkillərdən boylanan, gözlərinin giləsində susan adam!

Gəl, sevgimdən küsən adam.

Gəl, sənə ehtiyacım var

Kimsə əvəz etmir səni,

Gəl ki, duyum nəfəsini!..

Küs, barışma mənlə, amma gəl, eşidim səsini…

Buludlardan boylanma! Yağışa dön,

islat göz yaşlarımda məni .

Sən gəl, sil ömrümdən qəmi, kədəri ,

Sən gəl ki, ruhumun naləsi dinsin .

Bir dəfə gözlərində gözlərim gülsün.

Xəzan ömrümə bir günəş gəlsin .

Gəl, nəfəsimi kəsən adam gəl!

Gözlərinin istisinə bürü məni…

Gəl, ömrümün həsrəti…

Bir gün mütləq gəl!

Susma, danış mənimlə

Yetər ki, gəl!..

Nəfəsimi geri ver, ey nəfəsimi susaraq alan adam, “Necəsən?!..”

*********

Yenə susmaqla cəzalandırırsan məni, yenə səssizliyində boğursan duyğularımı…

Yenə möhtacı olduğum baxışlarının boynuna sarılıram…Sənsizliyin səssizliyinə çəkilirəm…

Hərdən sənsizlik belə – “Sən” olur, saçlarımı oxşayır. Hərdən də baxışlarım xəyalının üzündən öpür, amma “Sən” olmursan…

“Unut!”- deyirdin. Unutdum – sevincimi, sakitliyimi, hüzurumu…

Unutdum – səninlə olan hər dəqiqəmi…

Mən səni yox, səndə olan məni unutdum…

Məni – “Mən”siz qoymaq üçünmü gəlmişdin, dünyama?!.. Bu qədərmi çətinmiş “Mən” olmaq?!.. “Biz” ola bilmədik… Ən azından bir yerdə “Mən” olaq… Axı mən sənsiz mən ola bilmirəm… Mən sənsiz – yağışsız bulud oluram, nursuz günəş oluram, budaqsız yarpaq oluram, susuz torpaq oluram… Təkcə mən ola bilmirəm… Ruhumu aldığın kimi məni də məndən almısan…

Oğru olub, qəlbini oğurlamaq istəyirəm – demişdin. Özümü də qəlbimlə bərabər apardın… İndi niyə sahib çıxmırsan, apardığın “Mən”ə?!..

Çox çətindir sənsizlik, həsrəti qəlbimi oyanım, ətrini gözümdə qoyanım, ay məni məndən alanım, niyə birdən bu qədər yadlaşdın axı?!.. Nolar ey, susmağınla cəza vermə!.. Bir kəlmən yetər! De: -” Necəsən?!.. ”

********

Yenə səhəri bərabər açdıq, susmağınla. Yenə bir təbəssümünün əllindən tutdum, ümüd işığı kimi…

Bir insana dəyər vermək çox çətindir, bilirsənmi?!.. Ucaltmaq, göylərin qatına qaldırmaq. Ən çətini nədir, bilirsənmi? Gözlərində ucaltdığın insan, səni yerə vura. Ölmək ondan asandıre, parca-parca olan ümudləri toplamaqdansa… Susmağınla yerə vurma sevdamızı!..

İdeal zənn edirsən, gözündə birini. Onun içdiyi su, yediyi yemək, ətir-qoxusu, hətta udduğu nəfəs belə də fərqli olur, sənin aləmində… Axı onu fərqli bilən sənsən. Yox, əslində fərqli olan sənsən.

Sənin ruha hopan sevgin, ətrin – ruhun özüdür.

Susmağında fərqlidir, hisslərində fərqli… Susduqca daha çox sevimli olursan, bilirsənmi?!.. Sən sus! Nəfəsinin ətri gəlsin, gözlərindən. Sən sus! Mən səsindəki sükuta sarılım, nəfəsində ölüm. Sən susduqca daha çox bağlanım sənə…

Sevməyi, həsrətinə sarılmağı, nəfəsindən öpmək öyrədənim, “Necəsən?!..

********

Nolar, mənə də susmağı öyrət!..

Sənə qədər sevgi xəyal idi, sonsuzluq idi. . Bə’zən bulud idi, bə’zən yağış idi,

bə’zən də günəşın batışı idi…

Sən sevgi kimi gəlmədin ki… Çünki sən həyat sirdaşım idin. Baxışlarla danışar, dodaqlarla susardıq… Biz susa-susa sirdaş olduq. Bir “Salam” bir də “Sağ ol” ilə…

Kim çəkdi ki, sevginin adını?!.. Hansımız məhəbbəti qonaq çağırdıq?!..

Gəldi, qonağım oldu məhəbbət. Əlində eşqi gətirdi və daha geri dönmədi… Üşüdüm sarıldı., ağladım göz yaşımı sildi… Adını qoya bilmədim ki, sənin. Darıxmağa başladım, salamın gecikdikcə. Carəsiz qaldım… Kim açdı ki, sevginin qapısını?!.. Bağlamışdıq onu axı. Elə bil yağış kimi sərhəd tanımadan yağdı. Hopdu ruhuma. Və gec oldu dana bilmədim.

Gəldin sevgini öyrətdin, sevməyi öyrətdin – dəyəri, ləyaqəti öyrətdin.

Qısa oldu, gəlişinlə gedişin arasında vaxt. Bir dünya evi qurdun mənə – divarları məhəbbət, tavanı sevgi. Qapısı, pəncərəsi olmadı. Qoymadın ki… Çünki həsrətini hopdurdun dünyama. Baxışlarındaki qoxu ruhumu bürüdü.

Həsrəti yaşatdın, hicranı daşıtdın dünyama… Sən öyrətdin sevməyi, həsrəti. Baxışlarından öpməyi öyrətdin… ürəyimin ağrısı ilə oynamağı da…

Nolar, susmağı da öyrət… Öyrət ki, soruşmayım – “Necəsən?!..”

Bə’zən bir insanı qorumaq üçün həyatından belə keçərsən. Bə’zən də susaraq, özündən uzaqlaşdırarsan… Hətta qəlbinə də toxunarsan, ununutsun deyə.

Bilməzsən ki, ən çox yanında susduğuna ehtiyacın olar… Ən çox dərdlərini onunla bölüşmək istəyərsən…

Bə’zən bir baxışa sığınıb susarsan. Gözünün yaşı qəlbinin “kaş”ı olar. Dünyaya susaraq meydan oxuyarsan.

Deyirlər, sevgi narkotik kimidir. Alışdınsa xilası mümkünsüzdür.

Bəlkə də narkotikdən xilas olan da, sağ qalar. Sevgidən qurtulmaqsa çox çətindir.

Ruhunu alar, cismində quru qəfəs qalar. Ən çətini də sevdasına yandığın susaraq sənə cəza verər…

Sevdiyin bütün varlığın olar. Sənə sevgisi ilə bir dünya qurar.

Gəlişi ani olar, gedişi isə müsibət…

Getməz ki… Qəlbində qalar, qəlbini oyar… Adına dəli deyərlər.

Sınar eşqin, parçalanarsan – misralara səpilər, duyğuların.

Hər misrada hər sətirdə bir parçan qalar…

Aciz olarsan, paralanmış eşqini

misrandan almağa…

Eynisini yaşadım, illərdir…

Bilirsənmi, yenə sənə ehtiyacım olar.

Məni sən qaldırarsan düşdüyüm yerdən. Ya əllərini uzadıb, ya baxışlarına sığınıb, qalxaram ayağa… Sənə sığınıb, sənə sarılıb qalxaram. Təkrar düşməyimə qıyarsanmı görəsən?!.. Hər gün həsrətinə sarılıb, sənə bir salam deyərdim. Və hər gün “Necəsən?” – deyə soruşardım. Əslində bütün bunları səndən gözləyirdim, bilirsənmi?!..

Gözləyirdim ki, soruşasan: – “Necəsən?”

Bilirəm soruşmayacaqsan. Ən azından, ovunmaq üçün cavabı özüm verim…

Eşq dağımda qar olanım,

Hərsrətimə bar olanım,

Ay könlümə yar olanım,

Ölürəmeeeeee, ölürəm!..

Yadigar Təvəkgül.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir